VAR sistemindəki nasazlıq ofsayddan vurulan qolun qeydə alınmasına səbəb oldu


İdman 06 May 2018 13:16:00 300 0

VAR sistemindəki nasazlıq ofsayddan vurulan qolun qeydə alınmasına səbəb oldu

Avstraliya çempionatının pley-off finalında Melburn Victoria və Newcastle Jest arasında baş tutan matçda maraqlı hadisə yaşanıb. Goal.az xəbər verir ki, Melburn ofsayddan fərqlənsə də, videotəkrar sistemində (VAR) nasazlıq yaşanıb və qol qeydə alınıb. Bu qol Melburn-un 1:0 hesablı qələbə qazanmasına və titula sahib çıxmasına imkan verib. Oyundan sonra Avstraliya Futbol Federasiyası sistemin qoldan 30 saniyə əvvəl dayandığını, yalnız 1 dəqiqə sonra işə düşdüyünü etiraf edib. Qurum bu səhvə görə məğlub komandanın azarkeşlərindən üzr istəyib.