Malta çempionu Qarabağ-ın mümkün rəqibləri arasına düşdü


İdman 06 May 2018 12:14:00 280 0

Malta çempionu Qarabağ-ın mümkün rəqibləri arasına düşdü

Çempionlar Liqasının 2018/19 mövsümünün I təsnifat mərhələsinin səbətlərində dəyişiklik olub. Goal.az xəbər verir ki, Slovakiya çempionatında  Spartak Tırnava birinci olub.  Bu komandanın hələlik hansı səbətdə olcağı məlum deyil. Amma Spartak nisbətən aşağı reytinqə malik “Valletta”nı səpələnməmişlər sırasına göndərib. Bununla da Malta klubu Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqibləri sırasına qoşulub.

Səpələnmişlərdən biri olan Qurban Qurbanovun yetirmələrinin bunadək 9 potensial rəqibi bəlli idi. Valletta bu siyahıda 10-cu olub. Malta çempionundan başqa bu siyajıda Crusaders (Şimali İrlandiya), Vikingur (Farer adaları), Sutjeska (Monteneqro), Süduva (Litva), Corc City (İrlandiya), Spartak (Latviya), Valjur (İslandiya), Flora (Estoniya) və Torpedo (Kutaisi, Gürcüstan) komandaları yer alıb. Ümumilikdə isə mərhələyə birbaşa qatılacaq 33 komandadan 23-ü bilinir. Onlardan 11-i səpələnmiş, 10-u səpələnməmişdisə, 2-nin səbəti bilinmir. Bu raundun bir komandası isə ilkin mərhələnin qalibi olacaq.

Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

“Lüdoqorets” (Bolqarıstan)

“Seltik” (Şotlandiya)

“Astana” (Qazaxıstan)

BATE (Belarus)

“Qarabağ” (Azərbaycan)

“Şerif” (Moldova)

“Malmö” (İsveç)

“Srvena Zvezda” (Serbiya)

“Rusenborq” (Norveç)

HİK (Finlandiya)

TNS (Uels)

Kipr çempionu

Danimarka çempionu

İsrail çempionu

Səpələnməmişlər

“Valletta” (Malta)

“Vikinqur” (Farer adaları)

“Kruzaders” (Şimali İrlandiya)

“Sutyeska” (Monteneqro)

“Suduva” (Litva)

“Kork Siti” (İrlandiya)

“Spartak” (Latviya)

“Valyur” (İslandiya)

“Flora” (Estoniya)

“Torpedo” (Kutaisi, Gürcüstan)

Ermənistan çempionu

Qeyri-müəyyənıər

“Spartak” (Slovakiya)

“Şkendiya” (Makedoniya)

Polşa çempionu

Bosniya və Herseqovina çempionu

Xorvatiya çempionu

Macarıstan çempionu

Albaniya çempionu

Lüksemburq çempionu

İlkin mərhələnin qalibi