Erməni haker Peris Hiltonun fotolarını və 120 min dollarını oğurladı


Digərləri 06 May 2018 12:56:00 266 0

Erməni haker Peris Hiltonun fotolarını və 120 min dollarını oğurladı

Erməni əsilli haker Peytsar Bxçadjyan amerikalı aktrisa və müğənni Peris Hiltonun açıq-saçıq fotolarını və 120 min dollarını oğurlayıb.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə "TMZ" nəşri bildirib. Məlumata görə, haker 2015-ci ildən 2017-ci ilə qədər Hiltonun hesabına və "iCloud"da daxil olub.

Fırıldaqçı qadın bank kartlarının köməyi ilə Hollivudun "Ruzvelt" mehmanxanasında nömrə icarəyə götürüb. Onda müğənni təxminən 40 min dollar itirib. Daha sonra o, Hiltonun adından aktrisanın köməkçisinə kənar hesaba 80 min dollar köçürməyi xahiş edib. Həmçinin bildirilir ki, cinayətkar Peris Hiltonun intim şəkillərini də əldə edib. Ancaq onun bu fotolarla nə etdiyi dəqiq məlum deyil. Erməni əsilli haker 2017-ci ildə tutulub.