“BakuBus”da kondisionerlər nə zaman işləyəcək?


Digərləri 06 May 2018 12:12:00 260 0

“BakuBus”da kondisionerlər nə zaman işləyəcək?

Havaların istiləşməsi özü ilə bərabər bir neçə problem də gətirib.  Qapalı məkanlarda insanların isti havaya dözümsüzlüyü onları bir az da aqressivləşdirir. İctimai nəqliyyatdan istifadə edən vətəndaşları narahat edən başlıca problem marşrut avtobuslarında kondisioner sisteminin olmasına baxmayaraq, sürücülərin onu qoşmamasıdır. Xüsusilə də avtobusların salonları sərnişinlərlə həddindən artıq yüklənən zaman problem daha da böyüyür.

Bununla yanaşı, bəzi nəqliyyat vasitələrinin pəncərləri tam açılmadığı üçün avtobusun içərisinə az hava daxil olur. İçəridə təmiz hava azaldığından sərnişinlər buna narazılıq edir. Elə sərnişinlərlə sürücü arasında yaranan mübahisəyə səbəb də avtobusda sürücülərin kondisioneri işlək vəziyyətə gətirməməsidir. Sosial şəbəkə istifadəçiləri də avtobuslarda kondisionerlərin işləməməyindən gileyləniblər.

"BakuBus"da kondisionerlər nə zaman işləyəcək?

Son.az bildirir ki, "Bakubus" MMC-nin  mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev Modern.az saytına açıqlamasında deyib ki,  "BakuBus"un avtobuslarında havalandırma sistemi hazırda işləyir: