Ruhani: "İran Trampın nüvə sövdələşməsi ilə bağlı istənilən qərarına hazırdır"


Dünya 06 May 2018 11:48:10 299 0

Ruhani: "İran Trampın nüvə sövdələşməsi ilə bağlı istənilən qərarına hazırdır"

"Trampın hansı qərar qəbul etməsindən asılı olmayaraq, bizim planlarımız var, biz müqavimət göstərəcəyik"

İran prezidenti Həsən Ruhani bildirib ki, ölkə hökuməti Amerika lideri Donald Trampın Tehranın nüvə proqramı üzrə sazişlə bağlı istənilən qərarına hazırdır.

"Növbəti həftə bizim həyatımıza heç bir dəyişiklik gətirməyəcək. Trampın hansı qərar qəbul etməsindən asılı olmayaraq, bizim planlarımız var, biz müqavimət göstərəcəyik", - deyə Ruhani Sebzevar şəhərində ölkə sakinləri qarşısında çıxışı zamanı bildirib.

ABŞ prezidenti Donald Tramp mayın 12-nə qədər Böyük Britaniya, Almaniya və Fransa ilə müzakirələrin yekunu üzrə Amerikanın İranın nüvə proqramı üzrə sövdələşmədən çıxıb-çıxmayacağına qərar verəcək.