Afrikada zürafə film çəkilişi zamanı rejissoru öldürdü


Dünya 06 May 2018 11:43:00 340 0

Afrikada zürafə film çəkilişi zamanı rejissoru öldürdü

Kinorejissor Karlos Karvalyo CAR-da film çəkilişi zamanı zürafənin hücumundan sonra dünyasını dəyişib.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə "The Sun" nəşri yazıb.

Karvalyo turistlərin yabanı həyatı izləmək üçün gəldiyi yerli oyun fermalarından birində heyvanları iri planda çəkirmiş. Hansısa məqamda rejissora heç bir səbəb olmadan zürafə yaxınlaşıb və onu güclü zərbə ilə elə vurub ki, kişi bir neçə metr kənara düşüb.