Livanda 2009cu ildən bəri ilk dəfə parlament seçkiləri keçirilir


Dünya 06 May 2018 10:34:00 287 0

Livanda 2009cu ildən bəri ilk dəfə parlament seçkiləri keçirilir

Livanın bütün regionlarında parlament seçkilərində səs vermək üçün seçki məntəqələri açılıb.

Son.az Trend-ə istinadən bildirir ki, səsvermə yerli vaxtla 19:00-dək davam edəcək.

Parlamentin 128 yerinə qeydə alınmış 976 namizəd iddia edir. Bununla, parlamentdə yerlər 11 qrup arasında etnokonfessional göstəriciyə görə bölüşdürülüb. Məsələn, sünni və şiə müsəlmanlar ayrı-ayrılıqda 27 yer alıblar, maronit xristianlar - 37 yer.