Yeni Zelandiyada altımərtəbəli bina dərinliyində uçurum əmələ gəlib - VİDEO


Dünya 06 May 2018 10:22:13 275 0

Yeni Zelandiyada altımərtəbəli bina dərinliyində uçurum əmələ gəlib - VİDEO

Onun uzunluğu 180 metr, eni və dərinliyi isə 20 metrdir

Yeni Zelandiyadakı yerli fermalardan birində dərinliyi altımərtəbəli bina, uzunluğu isə iki futbol meydançası boyda olan nəhəng uçurum əmələ gəlib.

“Report” xəbər verir ki, uçurum bir neçə gün davam edən leysan yağışlarından sonra Rotorua şəhəri yaxınlığında yaranıb.

Ferma rəhbəri Kolina Tremeynanın sözlərinə görə, "Tomo" adını almış uçurum aprelin 30-da yarana bilər. Onun uzunluğu 180 metr, eni və dərinliyi isə 20 metrdir.