Təzyiqi yüksək olanlar gündə bir fincan çayını içsin –


Digərləri 05 May 2018 23:51:00 389 0

Təzyiqi yüksək olanlar gündə bir fincan çayını içsin –

Təbiətdəki ən faydalı otlardan biri də gicitkəndir. Gicitkən otunun bir çox xəstəliklərin müalicəsində də kömək olduğu məlumdur.

Son.az lent.az-a istinadən bu şəfalı bitkinin faydalarını sadalayır.

Allergiyanın çarəsidir

Gicitkən min illərdir allergiya müalicəsində istifadə olunur. Elm adamlarının araşdırmasına əsasən, gicitkən allergiya səbəbindən yaranan iltihabı azaldır.

Sümükləri inkişaf etdirir

Gicitkən yaxşı bir kalsium qaynağıdır. Gicitkən otunun çayını hazırlaya bilərsiniz və ya şorbalara dad verməsi üçün təzə gicitkən yarpaqları ata bilərsiniz.

Diabet müalicəsi

Aparılan araşdırmalara əsasən, gicitkən diabetə bağlı simptomları azaltmağa kömək edir. Yüksək qan şəkərini aşağı salır. Həddindən çox susamanı azaldır, çəkini balanslaşdırır, insulin səviyyəsini tənzimləyir, nevropatiya ağrısını azaldır, hətta yaddaşa da faydası var.

Ağrıkəsici təsirə sahibdir

Bəzi araşdırmalar gicitkənin revmatizmlə əlaqədar ağrını və anti-inflamatuar dərmanların dozasını azaltmağa kömək etdiyini sübut edib.

Anemiya müalicəsi alan şəxslər əlavə vasitə olaraq istifadə edə bilər.

Menstruasiya dövründə rast gəlinən gərginliyi önləyir. Qasıq ağrısını azaldır.

Sidik problemi yaşayan şəxslərə faydalıdır.

Xərçəng xəstəliyinin qarşısını alır.

Təzyiq və xolesterol problemi olan şəxslərə gündə bir fincan gicitkən çayı tövsiyə olunur.