Birinci mərtəbəsində kişilər, ikincidə qadınlar:


Digərləri 05 May 2018 23:14:00 254 0

Birinci mərtəbəsində kişilər, ikincidə qadınlar:

Günün istənilən saatında məsciddə ibadət etmək mümkündür

Azərbaycan Prezidentinin tapşırığı ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında Hacı Cavad məscidinin yeni binası artıq istifadəyə verilib.

Yeni məscidin binası hamının ürəyincədir. Məsciddə olduğumuz müddətdə ora yaxınlaşıb, məscidin içərisinə baxmaq istəyən insanlar tikilinin yerinin uğurlu seçim olduğunu bildirirdilər.

Məscidə gələn şəhər sakini Arifə Abdullayeva Spuntik Azərbaycan-a Ramazan və Məhərrəm aylarında ara-sıra məscidlərə, pirlərə getdiyini deyir: "Mən Yasamalda yaşayıram. Bizə yaxın məscid demək olar ki, yox idi. Yaxın məscidlərin qarşısında isə o qədər adam yığılırdı ki, içəri girməyə çəkinirdim. Hacı Cavad məscidinin bu ərazidə tikilməsi bizim üçün çox yaxşı oldu. Düşünürəm ki, bundan sonra tez-tez gələrəm bura".

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, məscid yeni istifadəyə verilməsinə baxmayaraq, ərazi sakinlərinin diqqət mərkəzindədir.

Qeyd edək ki, Hacı Cavad məscidinin yeni binası 1200 kvadratmetr ərazini əhatə edir. Məscidin ərazisində imam, dərs, kitabxana, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunub. Məscid üçün içməli su anbarı, ayrıca qazanxana da tikilib. Burada, həmçinin ayrıca parkinq sahəsi yaradılıb.

Məscidin ibadət zalının sahəsi 400 kvadratmetrdir. Milli memarlıq üslubunda və zövqlə inşa olunmuş ibadət evinin günbəzinin hündürlüyü 18, minarənin hündürlüyü isə 33,7 metrdir. Məscidin daxili interyerində xüsusi bəzək elementlərindən istifadə olunub. Günbəzin kənarlarına müqəddəs Qurani-Kərimdən surələr, ayələr yazılıb.


Xəbərə aid fotolar