Arpa yarması


Digərləri 05 May 2018 23:05:00 362 0

Arpa yarması

Arpa yarması arpa dənələrinin qabıqdan çıxarılmış və bişirilməyə hazır vəziyyətə gətirilmiş halıdır. Arpa yarması digər dənli bitkilərdən fərqli olaraq bir çox müxtəlif iqlim qurşaqlarında yetişə bilir. Arpa yarmasından əsasən şorbaların və sıyıqların hazırlanmasında istifadə edilir. Onu tək və ya digər müxtəlif dənli bitkilərlə qarışdırıb bişirmək olur. Arpa makaron və kartof kimi qida məhsullarına alternativ ola bilən bir qaidadır. Qədim Misirdə 4500 il əvvəllər arpa yarmasından qida vasitəsi kimi istifadə edilib. Qida sənayesində istifadəsinə görə indi də onun yetişdirilməsi və satışı ilə məşğul olunur. Arpa barədə Bibliyada yazılara rast gəlmək mümkündür. Bu qidanı qədim zamanlarda "çar yeməyi" adlandırıblar. Buna səbəb isə çarların süddə və ya qaymaqda arpa yarması yeməyi xoşlaması olub. Arpa yarması əsgərlər üçün də əla qida vasitəsi olub. Son.az immunitet.az-a istinadən bildirir ki, arpa yarmasının tərkibi amin turşularla zəngindir. Onun tərkibində çoxlu miqdarda lizin var ki, bu da kollagenlərin istehsal olmasını sürətləndirir. Bu proses dərinin sığallı olmasına və qırışların aradan qalxmasına səbəb olur. Arpa yarmasının tərkibi dəmir, kalium, kalsium, sink, marqans, molibden, kolbat, mikroelement və vitaminlərlə zəngindir. Onun tərkibində olan fosfor, B, A, D, E, PP vitaminləri orqanizm üçün çox faydalı təsirlərə səbəb olur. Arpanın tərkibində olan liflər və zülallar buğdanın tərkibində olandan çoxdur. Davamlı olaraq arpa yemək dərinin gözəlləşməsinə, elastikləşməsinə və möhkəmlənməsinə səbəb olur. Arpa yemək sümük sistemini və dişləri möhkəmləndirir. Onun tərkibində olanlar orqanizmə antioksidant təsir bağışlayır. Arpa yarmasının tərkibində olan selenin miqdarı düyüdə olan selenin miqdarından 3 dəfə çoxdur. Dəri xəstəlikləri zamanı arpa yarması yemək xəstəlik əlamətlərinin azalmasına səbəb olur. Arpa yarması yemək öskürməni, qəbizliyi, soyuqlamanı aradan qaldırır, süd vəzi xəstəliklərinin sağalmasını sürətləndirir, piylənmənin qarşısını alır. Arpa sıyığı orqanizmə sidikqovucu, bəlğəmgətirici, qan təmizləyici, sakitləşdirici, iltihab əleyhinnə təsirə malikdir. Öskürək, soyuqlama, piylənmə, qəbizlik, süd vəzi xəstəlikləri zamanı arpa yarmasından istifadə etməkdə fayda var. Arpa yarmasından müxtəlif dietlərdə istifadə edilir. O qaraciyər üçün çox faydalıdır. Südəmizdirən analara arpa yarmasından hazırlananan sıyıq yemək məsləhət görülür. Bu ananın südünün artmasına səbəb olur. Arpanın zərərli xüsusiyyətləri Hamilə qadınlara həddindən çox arpa yemək məsləhət göprülmür. Bu onlarda qlüteinin miqdarının artmasına səbəb olur. Həddindən çox arpa yeyən kişilərdə cinsi zəiflik müşahidə edilə bilir. Tərkibində olan amin turşuları bəzən allergiya xəstəliklərinin baş verməsinə səbəb olur. Son.az