Litva rəsmi olaraq Gürcüstanın adını dəyişib


Digərləri 05 May 2018 22:37:00 277 0

Litva rəsmi olaraq Gürcüstanın adını dəyişib

Litvanın rəsmi şəxsləri Gürcüstan üçün alternativ addan - Sakartvelodan istifadə edəcək.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə DELFI portalı məlumat yayıb.

"Mayda Litva prezidenti Dalya Qribauskayte Sakartvelonun 100 illiyi ilə bağlı təntənəli mərasimdə iştirak zamanı bu addan istifadə edəcək", - dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Litva parlamentinin spikeri Viktoras Pransketisin mətbuat katibi bildirib ki, o da Gürcüstan üçün bu addan istifadə edəcək və buna şaddır. Artıq Sakartvelo adı rəsmi sənədlərdə də istifadə ediləcək.