Erməni xəstəliyi nədir? – Ermənilərin


Digərləri 05 May 2018 22:20:00 313 0

Erməni xəstəliyi nədir? – Ermənilərin

Hələ sovet dövründə diaqnozu həkim tərəfindən təyin olunmayan - il ərzində müntəzəm olaraq bir neçə dəfə ürəkbulanma, qızdırma, diareya, halsızlıq simptomları ilə büruzə verən xəstəliyə "erməni xəstəliyi" diaqnozu qoyurdular. Bu termin Türkiyə, keçmiş SSRİ dövlətlərində dəbdədir. Elə indi də bəzi həkimlər bu sözü işlədir. İllər əvvəl tez-tez ürəkbulanma, qızdırma olduğumu görən bir terapevt "yəqin səndə erməni xəstəliyi var" demişdi. Bunu zarafat kimi qəbul etsəm də, sonradan məlum oldu ki, tibbdə belə xəstəlik var imiş.

Son.az medicina.az-a istinadən bildirir ki, əslində bu xəstəlik İrsi Ağdəniz Qızdırması və ya Avropada deyildiyi kimi periyodik adlanır. Daha çox yəhudi, türk, orta doğu və Ağdəniz, Qara Dəniz ətrafı ərazilərdə yaşayan xalqlarda, yaponlarda yayılıb. Ermənilər bu xəstəliyin qədimliyini nəzərə alıb və özlərinin də türklər, yəhudilər kimi qədimliyini bir növ sübut etmək üçün bu xəstəliyi də özəlləşdirib adlarına çıxarmağı bacarıblar. İrsi Ağdəniz Qızdırması 24-48 saat çəkən qarın, sinə ağrısı və qısa müddətdə təkrarlanan qızdırma verir. Bundan başqa xəstədə heç bir əlavə simptom və dəyişiklik göstərmir, müayinə zamanı orqanizmdə fəsad aşkarlanmır.  Qarında ağrı çox vaxt appendisitlə səhv salınıb, hətta xəstənin appendisitinin kəsilməsi ilə nəticələnir. Bu irsi keçən xəstəlik ana və ya atanın daşıyıcı olmasından qaynaqlanır.

Əgər xəstəlik uzun müddət davam edib ağır hala keçərsə, Amiloidoz adlanan xəstəliyə keçir bu zaman insanın bədənindəki amiloid adlı maddə tükənir, nəticədə ürək çatışmazlığı, böyrək çatışmazlığı, iflic kimi ağır problemlər yaranır.

Türkiyədə çox yayılmış bu xəstəliyin irsi keçməsinin qarşısını almaq üçün evlənməzdən öncə genetik test aparılması tələb olunur.