Çay xərçəngin inkişafı ilə bağlı olan genlərə təsir göstərir


Digərləri 05 May 2018 22:15:00 284 0

Çay xərçəngin inkişafı ilə bağlı olan genlərə təsir göstərir

İsveçin Uppsala Universitetinin alimləri müəyyən ediblər ki, müntəzəm çay içmək xərçəngin inkişafı ilə bağlı olan genlərdə dəyişiklik yaradır. Ekspertlərin dediyinə görə, qadınlarda estrogen hormonunun səviyyəsinin həddindən çox olması xərçəngə səbəb olur, çay isə həmin hormonun səviyyəsini azaldaraq şiş əleyhinə təsir göstərir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, çox miqdarda estrogen onkoloji xəstəliklər riskini artırır. Müntəzəm çay içilməsi orqanizmdə həmin hormonun miqdarını azaldır və şiş əleyhinə təsir göstərir. Əvvəllər aparılan tədqiqatlar da belə bir faktı təsdiq edib ki, çay və qəhvə xoşagəlməz epigenetik dəyişikliklərə qarşı çox səmərəlidir. Amma onkoloji xəstəliklər riskinin azalmasına bu içkilərin məhz necə təsir göstərdiyi o vaxtlar tədqiqatçılara aydın deyildi.