Alimlər şizofreniyanın ilkin əlamətlərini sadalayıblar


Digərləri 05 May 2018 21:45:00 250 0

Alimlər şizofreniyanın ilkin əlamətlərini sadalayıblar

Alim-psixiatrlar şizofreniyanın ilkin əlamətləri barədə danışıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hindistanlı tədqiqatçıların fikrincə, ilkin əlamətlərdən biri kimi, insanın qohumları və ailəsi ilə əlaqədən yaxa qurtarmağa çalışması, həddən artıq qapalı olması psixi pozuntuya gətirib çıxara bilər. Pasiyent təhsil müəssisəsinə və iş yerinə getməkdən də əl çəkir. Şəxsi gigiyena "yox" həddinə çatır ki, bu da şizofreniyanın inkişafında əsas amildir. Xəstə birdən-birə çox sərt olur, onun emosional vəziyyəti qeyri-sabit olur, o, xoşbəxt görünən anda qəfildən ağlamağa başlayır. Mistisizm və ezoterikanı qəfildən öyrənmə meyli, daha sonra gözlənilmədən dinə keçid, insan qorxuya düşür və dindən möhkəm yapışır. Pozuntunun digər əlamətləri kimi, beş duyma qabiliyyətindən hər hansı qarabasma (hallüsinasiya) isə əsəb sistemi xəstəliyinin ayrılmaz hissəsini təşkil edir.