Peru və Azərbaycan musiqiçilərinin möhtəşəm konserti keçirilib FOTO


Digərləri 05 May 2018 21:22:00 305 0

Peru və Azərbaycan musiqiçilərinin möhtəşəm konserti keçirilib  FOTO

Beynəlxalq Muğam Mərkəzində Perudan gəlmiş etnik musiqiçilər Karl Struyf və Aleksandro Riva "Charango meets Mugam" adlı möhtəşəm konsertlə çıxış ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci "IMAGINE" Avropa tolerantlıq festivalı çərçivəsində reallaşıb.

2-ci "IMAGINE" Avro Tolerant Təsviri incəsənət festivalı may ayının 2-dən 17-nə qədər davam edəcək.Festival çərçivəsində musiqili çıxışlar, ustad dərsləri, teatr, film nümayiş olanacaqdır.

"Charango meets mugham" adlı konsertdə Karl Struyf (çarango) və Aleksandro Riva (gitara) İspandilli ölkələrin Latın Amerikan musiqisində mahnıları ifa etdilər.

Konsertdə həmçinin Əməkdar artistlər tarda Sahib Paşazadə ,kamançada Toğrul Əsədullayev,eləcə də istedadlı xanəndə Nisbət Sədrayevanın birlikdə ifaları gecəyə rəng qatıb.


Xəbərə aid fotolar