Lənkəranda Çay bayramı keçirildi VİDEO


Digərləri 05 May 2018 21:00:00 257 0

Lənkəranda Çay bayramı keçirildi  VİDEO

Lənkəranda "çay bayramı" keçirilib. Bununla da Lənkəranda ilin ilk məhsul yığımına start verilib. Hazırda rayonda 2 min hektar çay plantasiyasında yığım aparılır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu gün Lənkəranda "Çay bayramı" keçirilib. Tədbir rayonun ən çox məhsul tədarük olunduğu İstisu qəsəbəsində yerləşən çay plantasiyasında təşkil olunub.

"Çay bayramı"nda rayonda fəaliyyət göstərən müəsissələrin istehsal etdikləri çay nümünələrindən ibarət sərgi olub. Yerli çayların müxtəlif növlərindən dəmlənmiş çay dəstgahı və yerli meyvələrdən hazırlanmış mürrəbbələr nümayiş olunub.

Çay kolunun məhsul verməsi üçün 8-9 ilə qədər vaxt tələb olunduğunu deyən mütəxəsislər il boyu çay plantasiyalarına düzgün aqrotexniki qulluq göstərilsə və hava əlverişli keçsə oktyabr-noyabr ayına qədər çay tədarük etməyin mümükün olduğunu bildirirlər. Mütəxəsislər həmçinin keyfiyyətli çay əldə etmək üçün emal prosesinin də günün tələblərinə uyğun həyata keçirməyin önəmli olduğunu qeyd edirlər.