Qadınlarda sistit xəstəliyi nədir?


Digərləri 05 May 2018 20:50:00 337 0

Qadınlarda sistit xəstəliyi nədir?

Sistit - sidik kisəsinin iltihabi xəstəliyidir. Anatomik - fiziyoloji fərqliliyə görə qadınlarda kişilərə nəzərən çox rastlanır, belə ki, qadınların əksəriyyəti həyatı boyunca ən azı bir vəya iki dəfə sistitdən əziyyət çəkir. Qadınlarda uretra - sidik yolu kanalı qısa 2-3 sm-dir. Kişilərdə isə uretra 15 - 20 sm-dir. Bu fərq mikrobların irəliləməsi üçün qadınlarda şərait, kişilərdə əngəl yaradan amildir. Digər fərq isə kişilərdə prostat vəzidən ifraz olunan sink maddəsi mikroblara qarşı qoruyucu bir faktordur, qadınlarda bu olmadığına görə sistit çox sıx rast gəlinir.

Qadınlarda sistitin əmələ gəlmə səbəbləri Son.az hekimtap.az-a istinadən bildirir ki, qadınlarda sistit əsasən bakteriyal səbəbdən yaranır, belə ki, ən çox hallarda bağırsaq florasına aid E.coli sidiklə sidik kanalına düşərək sistitin yaranmasına zəmin yaradır. Digər bakteriyalar da sistit yarada bilər.

Həmçinin bakterial olmayan iki səbəbdən qadınlarda sistit yarana bilər: 1. Genital bölgənin gigiyena məqsədilə müxtəlif qatqılı vasitələrlə yuyulması ilə əlaqəli və aşırı xlorlu hovuzlarda çimmək 2. Travmatik səbəb isə çox sıx cinsi əlaqə fonunda yaranır. Bu xüsusilə yeni evlənənlərdə "bal ayı sistiti" olaraq adlandırılır.

Qadınlarda sistit xəstəliyinin əlamətləri  - Tez - tez, az - az sidiyə getmə və sidik kisəsinin tam boşalmaması hissi;  - Sidiyə gedərkən yanma - göynəmə və ağrının olması;  - Qasıq və göbəkaltı nahiyədə ağrının olması;  - Cinsi əlaqə zamanı ağrının olması;  - Pis qoxulu və bulanıq şəkildə sidiyin olması;  - Xəstəliyin kəskin irəliləmiş formasında sidikdə qan, hərarətin yüksəlməsi, ürəkbulanma - qusma, tərləmə əlamətlələrinin olması.

Qadınlarda sistit xəstəliyinin diaqnostikası Sidiyin ümumi analizi, sidiyin əkilməsi müayinəsi və USM olunur.