Əlillər üçün əmək yarmarkası təşkil edildi VİDEO


Digərləri 05 May 2018 20:57:00 296 0

Əlillər üçün əmək yarmarkası təşkil edildi  VİDEO

İlk dəfə olaraq əlillər üçün əmək yarmarkası keçirilib. Yarmarkada 60-a yaxın şirkət 200-ə yaxın vakant yer təklif edib. İş üçün müraciət edəni əlillər arasında orta təhsilli şəxslərlə yanaşı, xeyli ali təhsilli gənclər də var.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, əlillər üçün əmək yarmarkası təşkil edildi.

Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı və UNEC-in birgə təşkilatçılığı ilə ərsəyə gələn yarmarkada 60-a yaxın şirkət 200-ə yaxın vakant yer təklif edib.

Tədbiri təşkil edən qurumların nümayəndələri də yarmarkaya baxış keçirərək yaradılan şəraitlə maraqlanıblar. Qeyd edilib ki, yarmarkanın keçirilməsində əsas məqsəd sosial müdafiəyə ehtiyacı olan gənclərin məşğulluğunun təmin edilməsi, əlil gənclərin bütün sahələrdə xidmətlərə əlçatanlığını təmin etmək və inklüziv mühitin yaradılmasıdır.


Xəbərə aid video