Şəmkirdə 2 kq marixuana ilə tutuldu VİDEO


Digərləri 05 May 2018 20:58:00 272 0

Şəmkirdə 2 kq marixuana ilə tutuldu  VİDEO

Şəmkir rayon polis şöbəsinə Çinarlı qəsəbə sakini dəfələrlə məhkumluq həyatı yaşayan Anar Əliyevin narkotik vasitələrin qanunsuz saxlanılması və istifadəsi ilə barədə əməliyyat məlumatı daxil olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Çinarlı qəsəbəsində yaşayan Əliyev Anar Firuddin oğlunun yaşadığı fərdi yaşayış evinə baxış zamanı onun yatdığı çarpayının altından qanunsuz olaraq əldə edib saxladığı çəkisi 2 kiloqram 210 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan Anar Əliyev narkotik vasitəni çay kənarından şəxsi istifadəsi üçün topladığını etiraf edib.


Xəbərə aid video