Şamaxıda 30 yaşlı qadın qaynar suda yandı


Digərləri 05 May 2018 19:52:00 290 0

Şamaxıda 30 yaşlı qadın qaynar suda yandı

Şamaxı şəhər sakini yanıq xəsarətləri alıb.

Son.az "Report"a istinadən bildirir ki, şəhər sakini, H. Hüseynzadə küçəsi 4 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Fatimə Elşad qızı Hidayətovanın üzərinə qaynar su tökülüb.

Hadisə zamanı onun bədəninin baş və boyun nahiyələri, hər iki qolu və ayaqları yanıb. O, 2-ci, 3-ci texniki yanıq dərəcələri ilə Şamaxı Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

F. Hidayətovaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Lakin vəziyyəti ağır olduğundan yaralı Bakiya, 5 saylı Kliniki Xəstəxananın Yanıq Mərkəzinə göndərilib.