Yüksək qan təzyiqi nədir?


Digərləri 05 May 2018 19:55:00 295 0

Yüksək qan təzyiqi nədir?

Dünya əhalisinin 26 faizində təzyiq xəstəliyi var. Bu xəstələrin də 30 faizi xəstəliklərindən xəbərsizdir, 40 faizi xəstəliklərindən məlumatlı olduğu halda düzgün və ya heç bir müalicə almırlar, belə ki, xəstələrin yalnız 30 faizi adekvat müalicə alaraq təzyiqin fəsadlarından özlərini qoruyurlar. Təzyiq xəstəliyi fəsadlarına görə bu gün qlobal sağlıq problemidir. Yüksək təzyiq üçün əsas hədəf orqanlar ürək, beyin, böyrəklərdir.

Yüksək təzyiq - sistolik təzyiqin 140 mm civə sütununundan, diastolik təzyiqin 90 mm civə sütunundan yüksək olduğu hal hesab olunur.

Son.az hekimtap.az-a istinadən bildirir ki, təzyiq xəstəliyi yaranmasına görə essensial yəni birincili ola bilər. 90 faiz təzyiqli xəstələrdə birincili təzyiq xəstəliyi olur.

Yüksək təzyiq xəstəliyinə genetik - irsi meylliliyi olan insanların eyni zamanda düzgün olmayan yaşam tərzi xəstəliyin inkişafı üçün zəmin yaradır. Artıq çəki, duzlu qidaların çox qəbulu, az hərəkətlilik, zərərli vərdişlər - siqaret və alkoqol qəbulu təzyiqin yaranması üçün risk faktorlarıdır.

Bir də təzyiq xəstəliyi ikincili səbəblərdən olur. Belə ki, böyrək xəstəlikləri, ürək xəstəlikləri, sinir mənşəli problemlər, hormonal pozğunluq fonu təzyiqin yüksəlməsinə səbəb ola bilər.

Yüksək qan təzyiqinin əlamətləri hansılardır? Əlamətləri başağrıları, başgicəllənmə, halsızlıq, ürəkdə narahatlıq, görmədə pozğunluq, dəridə qızartı və.s. ola bilər.

Hipertoniya - yüksək təzyiq xəstəliyinin fəsadları insult, miokard infarktı, böyrək çatmamazlığı, görmənin pozğunluğudur.

Yüksək qan təzyiqinin diaqnostikası Bir neçə dəfə yüksək təzyiqin ölçülərək qeyd olunması lazıdır. Yüksək təzyiq olduğu məlum olduqdan sonra birincili vəya ikincili hipertoniya xəstəliyi ayırd olunmalıdır.

Yüksək təzyiqin müalicəsi və profilaktikası Xəstəliyi aşkar etdikdən sonra yüksək qan təzyiqi ilə mübarizədə düzgün yaşam tərzinə keçmək dərman müalicəsindən də daha çox effektli ola bilir. BKİ-nin (bədən kütlə indeksi) 25-dən yuxarı olması artıq çəki hesab olunur və mütləq çəki azaldılmalıdır.