Zəhərli zob nədir?


Digərləri 05 May 2018 19:35:00 587 0

Zəhərli zob nədir?

Zəhərli zob - tibdə bu xəstəliyə toksik ur (Qreyvs xəstəliyi) deyilir. Bu qalxanvari vəzinin ölçülərinin və funksiyasının artması ilə xarakterizə olunur. Bu zaman qana həddindən artıq qalxanvari vəzi hormonları ifraz olunur.

Zəhərli zobun yaranma səbəbləri Toksik zob (zəhərli zob) immun sistemində yaranmış defekt nəticəsində yaranır. Bu tip xəstəliklər autoimmun xəstəliklər adlanır. Bu xəstəlik zamanı yaranmış anticisimciklər qalxanvari vəzi toxumasını daim qıcıqlandraraq onun ölçülərinin böyüməsinə, vəzin  funksiyasının artmasına və qana həddindən artıq hormon ifrazına səbəb olur.

Son.az hekimtap.az-a istinadən bildirir ki, hormonların artıq ifrazı maddələr mübadiləsini surətləndirir, maddələr mübadiləsini həddindən artıq surətləndirir, orqanizmin müxtəlif orqan və toxumaların həyat fəaliyyəti üçün vacib olan enerji ehtiyatını tükəndirir. Bu zaman ən çox zədələnən sinir  sistemi və ürək-damar sistemidir.

Zəhərli zobun simptomları Daha çox yayılmış əlamətlərinə əsəbilik, qıcıqlanma, kəskin arıqlama, əllərdə və bütün bədəndə əsmə ( tremor), gözlərdə bərəlmə, ürək çırpınması, təngnəfəslik, boğulma, temperaturun bir qədər artmasını misal göstərmək olar.

Ürək çırpınması 1 dəqiqədə 120-130 vurğuya çata bilir. Xəstəlik vaxtında müalicə olunmadıqda, ürək-damar sistemi tərəfindən geri dönməz dəyişikliklər baş verir. Toksik zobu olan pasientlər digərlərindən istahanın kəskin artmasına baxmayaraq, kəskin arıqlama (10-15 kq), ümumi zəiflik və tərləmənin artması ilə seçilirlər. İstilik tənziminin pozulması nəticəsində pasientlərə həddindən artıq isti olur, hətta ətraf mühitin ən aşağı temperaturu belə olduqda üşümə hiss etmirlər.

Mədə-bağırsaq tərəfindən ürəkbulanma, qusma, idarə olunmayan ishal pasientlərin geniş yayılmış şikayətlərindəndir. Artıq hormonun təsirindən sümüklərdən kalsium yuyulmağa başlayır  və nəticədə osteopeniya yaranır.

Qadınlarda aybaşı pozğunluqları, kişilərdə cinsi pozğunluqlar da bu xəstəliyin əsas əlamətlərindəndir.

Zəhərli zobun diaqnostikası Pasientin obyektiv halı (danışıq tərzi, görünüşü, gözlərin vəziyyəti, nəbzin və təzyiqin ölçülməsi) həkimə diaqnozdan şübhələnməyə imkan verir.