Teatrın və operanın ən yaxşıları seçildi FOTO


Digərləri 05 May 2018 19:02:00 312 0

Teatrın və operanın ən yaxşıları seçildi  FOTO

Londondakı "Royal Albert Hall"da "Olivier Awards" mükafatlarının təqdimat mərasimi keçirilib.

Son.az The Sun-a istinadən bildirir ki, Britaniyada teatr sənətçilərinə və xadimlərinə verilən ən nüfuzlu ödül sayılan bu mükafatın təqdimat mərasinə qatılanlar arasında bir çox məşhurlar vardı.

"Ən yaxşı aktrisa" nominasiyasında "The Ferryman" tamaşasındakı roluna görə Lora Donelli qalib sayılıb.

Digər nominasiyalar və qaliblərin siyahısı belədir:

"Ən yaxşı aktyor" - Brayan Krenstqn ("Network")

"Ən yaxşı arxa plan aktrisası" - Denis Qof - (Angels in America")

"Ən yaxşı arxa plan aktyoru"  - Berti Karvel ("Ink, Ink")

"Ən yaxşı yeni dram" - "The Ferryman"

"Ən yaxşı yeni müzikl" - "Hamilton"

"Ən yaxşı yeni komediya"  - "Labour of Love"