Şamaxıda doğuş zamanı FACİƏ


Digərləri 05 May 2018 18:37:00 241 0

Şamaxıda doğuş zamanı FACİƏ

Şamaxıda doğuş zamanı halı pisləşən qadın ölüb.

Son.az report.az-a istinadən bildirir ki, dünən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirən 1984-cü il təvəllüdlü Şamaxı şəhər sakini Amirə Əlisahab qızı Binyətovanın halı pisləşdiyindən o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qadın bu gün reanimasiya şöbəsində dünyasını dəyişib. A. Binyətovanın meyiti Məhkəmə Tibbi Ekspertizasının Şamaxı Rayon Patoloji Anatomiya Birliyinə təhvil verilib.