Paytaxtda mənzildə kişi meyiti tapıldı


Digərləri 05 May 2018 18:06:00 261 0

Paytaxtda mənzildə kişi meyiti tapıldı

Paytaxtda mənzildə 80 yaşlı kişi meyiti tapılıb.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Zülfüqarov Mikayıl Məhərrəm oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.