Polis Aleksey Navalnını saxladı


Digərləri 05 May 2018 17:54:00 241 0

Polis Aleksey Navalnını saxladı

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində icazəsiz keçirilən etiraz aksiyasında polis Aleksey Navalnını saxlayıb.

Son.az report.az-a istinadən bildirir ki, saat 15:00-da Moskvada Puşkin meydanında razılaşdırılmamış aksiya başlayıb. A.Navalnı da aksiyaya qatılıb, ancaq tezliklə polis tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanları əməkdaşları meqafonlar vasitəsilə aksiyanın qeyri-qanuni olduğuna dair xəbərdarlıq edir və toplaşanların dağılışmasını tələb edirlər. Polisin bir neçə nəfəri saxladığı da bildirilir.