Füzulidə top mərmisi tapıldı


Digərləri 05 May 2018 17:36:00 257 0

Füzulidə top mərmisi tapıldı

Füzulinin Böyük Bəhmənli kəndində əkin sahəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, 2018-ci il 05 may tarixində saat 12:54-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Böyük Bəhmənli kəndində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.