Nuşirəvan Məhərrəmlidən Rasim Balayevə cavab


Digərləri 05 May 2018 17:12:00 263 0

Nuşirəvan Məhərrəmlidən Rasim Balayevə cavab

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli xalq artisti Rasim Balayevin "Bizim vaxtımızda efirə nümunəvi adamlar çıxırdı. Küçədən keçənlər efirə çıxa bilməzdi. Bu gün küçə adamları ekranlardadır" fikrinə münasibət bildirib.

Son.az xəbər verir ki, o, unikal.org-a açıqlamasında bildirib ki, xalq artistinin səsləndirdiyi fikir yeni deyil:

"Biz MTRŞ olaraq bundan da rahat, sərt şəkildə bu məsələləri ortaya qoymuşuq. Bəli, özəl televiziya kanallarında, efirdə cəmiyyət tərəfindən qıcıq doğuran insanlar daha çoxdur. Amma onlar Azərbaycan vətəndaşıdır. Hüquqi baxımdan onların efirlərə dəvət edilməsində problem yoxdur. Amma bu sahədə əsas iş televiziya kanallarının rəhbərlərinin üzərinə düşür".

N.Məhərrəmli bildirib ki, Azərbaycanda insanların televiziya kanallarına baxmaları üçün seçim yaradılıb:

"Hanısa televiziya kanalında verilişlərin keyfiyyəti aşağıdırsa, insanlar ona baxmaya bilər. Onlar daha keyfiyətli verilişlər seçib, izləyirlər".