Qazaxıstanda məktəb yandı


Dünya 05 May 2018 16:24:00 244 0

Qazaxıstanda məktəb yandı

Qazaxıstanın paytaxtı Astanada orta məktəblərin birində yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində böyük əksəriyyəti şagirdlər olmaqla 2000-ə yaxın şəxs təxliyə olunub.

Qeyd olunur ki, yanğın naməlum səbəblərdən məktəbin məişət bölməsində başlayıb. Nəticədə böyük sayda mebel və fərdi əşyalar zərər çəkib.