16 yaşlı oğlan məktəbin həyətində azyaşlı qızı zorladı, evinə getdi, sonra dəfələrlə...


Digərləri 05 May 2018 15:42:00 298 0

16 yaşlı oğlan məktəbin həyətində azyaşlı qızı zorladı, evinə getdi, sonra dəfələrlə...

Bakıda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Füzuli rayon sakini, 1997-ci il təvəllüdlü Bədəl Əliyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Bədəl Əliyev 2013-cü ilin dekabrında yetkinlik yaşına çatmayan Vəfa Səlimovaya qarşı seksual xarakterli hərəkətlər edib.

Məktəbin həyətində intim münasibət

O, Vəfa Səlimovanın yetkinlik yaşına çatmadığını bilərək, onunla cinsi əlaqədə olmaq qərarına gəlib. Bədəl Əliyev Vəfanı Suraxanı rayonu ərazisində yerləşən 282 saylı məktəbin həyətində olan ağacın arxasına aparıb. Orada soyunduraraq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, seksual xarakterli hərəkətlər edib.

Qızı aldadıb evinə apardı, əxlaqsız etdi

Daha sonra Bədəl Əliyev Vəfa Səlimova ilə 6 iyun 2014-cü il tarixdə intim əlaqədə olub. O, Vəfanı yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki evlərinə aparıb.

Evlərində Vəfaya zor tətbiq edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Sonra o, Vəfanı əxlaqsız hərəkətlərə vadar edib.

İstintaqa cəlb edildi, ittiham verildi

Bundan sonra Vəfa Səlimovanın valideynləri baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciət əsasında Bədəl Əliyev saxlanılaraq, istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən Bədəl Əliyevin barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

"Əxlaqsız hərəkətlər etməmişəm"

Təqsirləndirilən şəxs qismində ifadə verən Bədəl Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Vəfa Səlimova ilə aralarında sevgi-məhəbbət münasibətləri olub: "Bizim aramızda sevgi-məhəbbət münasibəti yaranıb. Bu səbəbdən biz tez-tez görüşmüşük. Amma Vəfa ilə heç vaxt qeyri-təbii yolla cinsi əlaqədə olmamışam, ona qarşı hər hansı digər əxlaqsız hərəkətlər etməmişəm".

"Mənimlə cinsi əlaqədə oldu"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Vəfa Səlimova bildirib ki, ona etiraz etməsinə baxmayaraq, Bədəl Əliyev onun qolundan tutub və ağacın arxasına aparıb: "Bədəl orada mənim şalvarımı soyundurdu və sonra mənimlə arxadan cinsi əlaqədə oldu".

"6 ayda 5 dəfə cinsi əlaqədə olduq"