“Bakı Marafonu2018”də qeydiyyat mayın 12dək uzadılıb


Digərləri 05 May 2018 15:00:00 285 0

“Bakı Marafonu2018”də qeydiyyat mayın 12dək uzadılıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də keçiriləcək "Bakı Marafonu-2018"də qeydiyyat prosesi uzadılıb.

Son.az bildirir ki, Fonddan Trend-ə verilən məlumata görə, marafonda iştirak etmək istəyən 16 yaşdan yuxarı hər bir şəxs mayın 12-i saat 14:00-dək qeydiyyat məntəqələrinə və marafonun rəsmi saytına (www.baku.marathon.az) müraciət edə bilər.

Qeydiyyat məntəqələrinin ünvanı:

"28 Mall" "Gənclik Mall" "Port Baku Mall"

Qeydiyyat zamanı iştirakçı formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 AZN-dir.

Korporativ qoşulanlar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödəməlidir.