"Arsenal mənə yeni müqavilə təklif etməyib"


İdman 05 May 2018 14:50:00 257 0

"Arsenal mənə yeni müqavilə təklif etməyib"

Arsenal zədə səbəbindən uzun zamandır əziyyət çəkən Santi Kazorlanın müqavilə müddətini artırmaqda maraqlı deyil. Goal.az xəbər verir ki, cari anlaşması mövsümün sonunda qüvvədən düşəcək ispaniyalı yarımmüdafiəçi "Cadena Ser"ə açıqlamasında bunları deyib:

"Müqaviləm bu yay başa çatacaq. Arsenal-da mənə yeni anlaşma təklif etməyiblər. Bu normaldır. Zədə ucbatından uzun müddətdir sıradan çıxmışdım. Demək olar ki, məşq edə bilmirdim. İndi bütün diqqətimi bərpa prosesinə yönəltmişəm. Gələcəkdə nə olacağını bilmirəm. Mənim üçün əsas məsələ meydana qayıtmaqdır. Bundan sonra qalan şeyləri yoluna qoymaq barədə fikirləşərəm".