DTXnin Heydər Əliyev adına Akademiyasında faşizm üzərində Qələbənin 73cü ildönümünə həsr olunmuş tədbir keçirilib FOTO


Digərləri 05 May 2018 13:48:00 358 0

DTXnin Heydər Əliyev adına Akademiyasında faşizm üzərində Qələbənin 73cü ildönümünə həsr olunmuş tədbir keçirilib  FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

DTX-dən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın Milli qəhrəmanları, Böyük Vətən müharibəsinin və Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi, DTX-nin məsul əməkdaşları, Akademiyanın rəhbərliyi, müəllimləri və kursantları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə əklil qoyublar. Akademiyanın akt zalında davam edən tədbir İkinci Dünya müharibəsində və Azərbaycan torpaqlarının düşməndən azad edilməsi uğrunda həlak olmuş Vətən övladlarının unudulmaz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə iştirak edən, İkinci Dünya müharibəsində şücaət nümunələri göstərmiş veteranlara DTX-nin şəxsi heyəti adından qiymətli hədiyyələr və gül dəstələri təqdim olunub.

Veteranlar, Akademiyanın əməkdaşları çıxış edərək Azərbaycan xalqının qəhrəman oğul və qızlarının Böyük Vətən müharibəsi illərində ön və arxa cəbhədə fədakarlıqla, canları və qanları bahasına faşizm üzərində tarixi Qələbənin qazanılmasında göstərdikləri əzmkarlıq, igidlik və mərdlik nümunələri barədə kursantlara geniş məlumat veribrər.

Xüsusi qeyd olunub ki, Qələbəyə Bakı neftinin töhfəsi əvəzsiz olub. Müharibə illərində keçmiş Sovet İttifaqında hasil edilən neftin dörddəüç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü. Əgər Azərbaycan nefti olmasaydı, faşizmin hərbi təcavüzünün nə ilə bitəcəyini demək çətin olardı.

Bütün bunlara görə bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə məhrumiyyətlərə sinə gərərək, fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaqdır.

Təəssüf ki, 1990-cı illərin əvvəlində Azərbaycanda hakimiyyətdə olan ovaxtkı səriştəsiz və naşı şəxslər tərəfindən xalqımızın bəşəriyyət tarixində ən qanlı cahan savaşında bu möhtəşəm Qələbənin qazanılmasında, alman faşizminin yer üzündən silinməsindəki ölçüyəgəlməz və misilsiz rolunun unutdurulması kimi aciz cəhdlər olub.


Xəbərə aid fotolar