25 ildən sonra yenidən yüksək dəstədə


İdman 05 May 2018 13:49:00 278 0

25 ildən sonra yenidən yüksək dəstədə

Fransanın 2-ci Liqasından elitaya vəsiqə qazanan növbəti klub müəyyənləşib. Goal.az xəbər verir ki, 37-ci turda Ajaccio-nu 4?0 darmadağın edən Nimes bu vəsiqənin sahibi olub. Sözügedən klub 25 ildən sonra yüksək dəstəyə qayıdıb. Nimes-dən başqa Reims də növbəti mövsüm 1-ci Liqada mübarizə aparacaq.

Üçüncü vəsiqə uğrunda Ajaccio və Brest arasında gərgin mübarizə gedir.