"Təkcə sənətkarı yox, dostumu da itirdim"


Kriminal 05 May 2018 13:37:00 355 0

"Təkcə sənətkarı yox, dostumu da itirdim"

Xəbər verdiyimiz kimi, mərhum xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktyorla vidalaşmağa gələnlər arasında sənət dostları da yer alıblar.

Xalq artisti Rasim Balayev F.Poladovla bağlı jurnalistlərə açıqlama verib. Danışmaqda çətinlik çəkdiyini deyən aktyor bunun onun üçün ağır itki olduğunu vurğulayıb:

"İndi mənim üçün danışmaq çətindir. Təkcə böyük sənətkarı yox, dostumu da itirdim. Fuad Poladov Azərbaycan teatrının, kinosunun sütunlarından biri idi. Bu gün o sütun uçdu. O, zəhmətkeş bir aktyor idi. Onun yaradıcılığına fikir versəniz, görəcəksiniz ki, həm Azərbaycan, həm də rus teatrında ağlasığmaz zəhmətləri var.


Xəbərə aid fotolar