Dondurmadan öldüyü deyilən körpənin ailəsi: "Həkimin naşılığına görə dünyasını dəyişib" FOTO


Digərləri 05 May 2018 13:21:00 272 0

Dondurmadan öldüyü deyilən körpənin ailəsi: "Həkimin naşılığına görə dünyasını dəyişib"  FOTO

"Cəlilabadda 2 yaşlı Əli İsmayılov dondurma yediyinə görə deyil, həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib".

Son.az bildirir ki, bunu Report-a körpənin dayısı Fazil Gözəlov deyib.

O, Cəlilabad Diaqnostika Mərkəzinin həkimi Müslüm Abdiyevi günahlandırıb: "Körpə rentgen olundu, diaqnoz qoyuldu. Lakin öləndən sonra hüquq mühafizə orqanlarına "valideynlərinə pnevmaniyadır dedik" söyləyiblər. Deyək ki, belədir. Necə olur kİ, ilk müayinədən sonra iki yaşlı körpəyə 12 antibiotik dərman preparatı yazılır? Hansı ki, həmin dərmanların 6-sı aptekdən alnıb və axşam ikisi ev şəraitində tətbiq olunub. İki yaşlı xəstəyə bu qədər antibiotik yazıla bilərmi?! Digər tərəfdən, belə bir ağır durumda olan xəstənin evə buraxılması nə dərəcədə doğrudur? Qeyd edim ki, ilk gün uşaq evə gətirilərkən qıc oldu. Həkimlə əlaqə yaratdıq, bəzi yüngül smeslərdən istifadə olunaraq iynə vurulmasını məsləhət gördü. Bundan sonra körpə şoka düşdü. Dərisini qoparacaq dərəcədə dəri aşınması baş verdi. Növbəti dəfə həkimə gətirilib damarına iynə vurularkən dünyasını dəyişdi. Hətta bundan sonra anlaşılmaz bir şəkildə süni nəfəs aparatına qoşuldu. Bütün bu baş verənlər təsdiq edir ki, övladımız həkim naşılığı və səhlənkarlığı səbəbindən ölüb".

Həkim Müslüm Abdiyev isə "Report"a açıqlamasında Əli İsmayılovun müalicəsinin qayda və tələblərə uyğun şəkildə aparıldığını iddia edib: "Rəsmi araşdırma aparıldığı üçün subyektiv fikirlərə yol vermək tərəfimdən doğru olmaz. Bir onu deyə bilərəm ki, tətbiq olunan müalicə və Əlinin doğmalarının reseptə çoxsaylı antibiotiklərin yazılması ilə bağlı iddiaları müvafiq həkim ekspertiza komissiyasının rəyindən sonra tam açığa çıxacaq. Hesab edirəm ki, biz doğru olanı etmişik. Əli İsmayılovun müalicəsi qaydalara və tələblərə uyğun şəkildə aparılıb."


Xəbərə aid fotolar