Sumqayıtda restoran müdiri intihar edib


Sosial 05 May 2018 13:00:32 248 0

Sumqayıtda restoran müdiri intihar edib

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu araşdırma aparır

Sumqayıt şəhərində"Lalə" restoranının müdiri intihar edib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 1966-cı il təvəllüdlü Baxşəliyev Mahir Əhməd oğlu özünü bıçaqlayaq intihar edib.

İntiharın səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu araşdırma aparır.