SOCAR istiqrazları üzrə təkrar bazar əməliyyatlarının dəyəri 148 mln. dollara çatıb


İqtisadiyyat 05 May 2018 11:48:39 305 0

SOCAR istiqrazları üzrə təkrar bazar əməliyyatlarının dəyəri 148 mln. dollara çatıb

Bu, qiymətli kağızların buraxılış dəyərindən 48% çoxdur

“Azərbaycanın maliyyə bazarı böyüyüb, beynəlxalq standartlara uyğun məhsullar təqdim edir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə bazarları üzrə məsləhətçisi Tolqa Kotan deyib.

Bununla belə, onun sözlərinə görə, bazarın inkişafı üçün daha çox iş görülməlidir.

“SOCAR istiqrazları ilə bağlı bir sıra aidiyyəti qurumlarla böyük iş gördük. Qanunvericilikdə dəyişikliklər həyata keçirildi. “ASAN xidmət”lə əməkdaşlıq etdik, müqavilələr imzaladıq. Azərbaycanda istiqraz alıb-satmaq 2-3 gün vaxt tələb edən proses idi, bu müddəti 20-30 dəqiqəyə endirdik. Bu, istiqraz buraxaraq kapital cəlb edilməsi ilə yanaşı, həm də ictimaiyyətə təqdimat idi”, - deyə o qeyd edib.

Bundan başqa, T.Kotanın sözlərinə görə, 2016-cı ilin oktyabr ayında dövriyyəyə buraxılmış bu istiqrazları SOCAR-ın istənilən vaxt geri alması mümkündür: “Bu şərait heç Türkiyədə yoxdur. Beynəlxalq standartlardan daha yüksək şərtlərdir. İstiqrazlar üzrətəkrar bazar əməliyyatlarının dəyəri140 mln. dolları keçib. Dünən bu rəqəm 148 mln. dollara çatdı. Müştəri məmnuniyyəti yüksək səviyyədədir. İstiqrazlara Türkiyə, Gürcüstan və Qazaxıstandan maraq görürük. Maliyyə bazarında işlər düzəlir və bu prosesdə SOCAR istiqrazlarının iştirakını görmək xoşdur”.