Qoyun oğruları tutuldu


Digərləri 05 May 2018 11:16:00 252 0

Qoyun oğruları tutuldu

Ucarda Qoyun oğruları saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, mayın 4-də Ucar Rayon Polis Şöbəsinə müraciət edən Yuxarı Çiyni kənd sakini Elnur Kərimov aprelin 13-nə keçən gecə yardımçı təsərrüfatından 1 baş qoyununun oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Emin Ələkbərov və Rembo Abbaslı olduqları müəyyən edilib. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların mart ayında rayon sakini Hilal İbrahimovun yardımçı təsərrüfatından 8 qoyun, aprel ayında isə Susən Məmmədovanın və Xatirə Məmmədovanın ümumilikdə 2 inəyini oğurlamaları da müəyyən edilib.