Perunun Azərbaycana yeni səfiri təyin edildi


Digərləri 05 May 2018 11:10:21 266 0

Perunun Azərbaycana yeni səfiri təyin edildi

Peru hökuməti Mariya Kastanyon Seoanı Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri elan edib.

Bakı. Ləman Zeynalova – Peru hökuməti Mariya Kastanyon Seoanı Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri elan edib. Trend-in məlumatına görə, bununla bağlı müvafiq sənədi Peru Prezidenti Martin Alberto Viskarra Kornexo və xarici işlər naziri Nestor Popolisio imzalayıb. Qeyd edək ki, Perunun Azərbaycandakı səfirliyi 2017-cu ilin iyunundan fəaliyyətə başlayıb. İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ildə qurulub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin