Putin Paşinyanla görüşməyə hazırlaşır FOTO


Dünya 05 May 2018 10:59:00 282 0

Putin Paşinyanla görüşməyə hazırlaşır  FOTO

Kremldə Ermənistandakı etiraz hərəktının lideri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin görüşünə hazırlıq görülür.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Exo moskva" radiostansiyasının redaktoru Aleksey Venediktov özünün Telegram-bloqunda yazıb.

Gözlənilir ki, Putinlə Paşinyanın görüşü mayın 14-də Soçidə baş tutacaq, əlbətdə, Nikol Paşinyan mayın 8-də Ermənistan parlamentində baş nazir postuna seçilərsə. Xatırladaq ki, Ermənistan parlamentdə çoxluğa malik olan Respublika partiyası Paşinyanın namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib. Bundan sonra Paşinyan tərəfdarlarını küçələrdən çəkilib onun yeni mesajlarını gözləməyə çağırıb.