Gəncədə yaşayış binası yanır, iki yanğınsöndürən xəsarət alıb


Sosial 05 May 2018 10:51:28 296 0

Gəncədə yaşayış binası yanır, iki yanğınsöndürən xəsarət alıb

Sakinlər təxliyyə olunub

Gəncə şəhərində yaşayış bınasının dam örtüyü yanır.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın şəhərin Dəmiryolu Vağzalının yaxınlığında,Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli binada baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı FHN-in yanğınsöndürənlərindən azı ikisixəsarət alıb.

Sakinlər təxliyyə olunub. Hazırda yanğın söndürülmək üzrədir.

Yanğının başvermə səbəbləri araşdırılır.