70 yaşlı mütəxəsis daha 2 il Moskva klubunda


İdman 05 May 2018 10:49:00 297 0

70 yaşlı mütəxəsis daha 2 il Moskva klubunda

Rusiya Premyer Liqasında çempionluğa yaxın olan Lokomotiv baş məşqçi Yuri Syominin müqaviləsini yeniləyib. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsislə "1+1" sxemi əsasında anlaşma imzalanıb. Onun məvacibi 2 milyon avro olacaq. 70 yaşlı məşqçi 2016-cı ildə 3-cü dəfə "dəmiryolçular"ın sükanı arxasına keçmişdi. O, 1992-2005 və 2009-10-cu illərdə də Lokomotiv-in baş məşqçisi olmuşdu. Syominin rəhbərliyi altında komanda 2 dəfə Rusiya çempionu, 5 dəfə ölkə kubokuna sahib çıxmışdı. Lokomotiv, həmçinin Kuboklar kubokunda yarımfinala qədər irəliləmişdi.