Bakıda II Maliyyə və İnvestisiya Forumu keçirilir


İqtisadiyyat 05 May 2018 10:22:28 323 0

Bakıda II Maliyyə və İnvestisiya Forumu keçirilir

Tədbirin məqsədi maliyyə-investisiya sahəsində çatışmazlıqları müzakirə etmək və təkliflər hazırlamaqdır

Bu gün Bakıda "Rəqəmsal Biznes Trendlər" adlı II Maliyyə və İnvestisiya Forumu (FIF-2018) işə başlayıb.

"Report"un məlumatına görə, tədbiri giriş sözü ilə forumun həmtəsisçisi Emin İsmayılov açıb.

O, bildirib ki, forumun məqsədi maliyyə-investisiya sahəsində çatışmazlıqları müzakirə etmək və təkliflər hazırlamaqdır. Tədbir çərçivəsində üç panel olacaq.

E.İsmayılovun sözlərinə görə, ötən il keçirilmiş I foruma 200 şirkətdən 500 əməkdaş qatılıb. Bu il bu rəqəmin artacağı gözlənilir.