Şamaxıda 51 yaşlı qadın ehtiyatsızlıqdan yanıb


Sosial 05 May 2018 09:59:14 253 0

Şamaxıda 51 yaşlı qadın ehtiyatsızlıqdan yanıb

Yaralı xəstəxanaya yerləşdirilib

Şamaxı rayonunda 51 yaşlı qadın yanıb.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Təzəşəhər adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1967-ci il təvəllüdlü Səidə Babaxan qızı Əkbərova həyətdə qaladığı ocağın üzərinə benzin tökərkən alov yüksəlib, nəticədə onun üz vəboyun nahiyəsi, həmçininhər iki əli yanıb. S.Əkbərova Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəstəxanadan "Report"a verilən məlumata görə, hazırda xəstənin vəziyyəti kafidir.