"Oğlumun toyunu görmək istəyirəm..."


Kriminal 05 May 2018 09:48:00 328 0

"Oğlumun toyunu görmək istəyirəm..."

Bu gün səhər saatlarında dünyasını dəyişən dəyərli sənətkar, xalq artisti Fuad Poladov bir neçə ay əvvəl  "Şərq" qəzetinə xəstəliyi ilə bağlı müsahibə vermişdi.

Son.az sözügedən müsahibəni təqdim edir:

- Necəsiz, Fuad müəllim? - Şükür, babatam. Müalicə alıram.

- Xalq artisti Rasim Balayev də müalicə üçün Türkiyəyə göndərilir. Hələ də xaricdə ən azı müalicə almamaqda israrlısız?  - Allah bütün xəstələrə kömək etsin. Mən ilk gündən demişəm ki, vətənpərvər insanam. Vətənimdə müalicə olacam. Öz həkimlərimə inamım var. Mən xalq artistiyəm, necə xaricə gedib deyim ki, mənim ölkəmdə olan həkimlər bacarmadılar, müalicəmin təsiri olmadı. Bunu demək istəmirəm.

- Amma xəstəlik elə bir sınaqdı ki, onu bir az ciddi qəbul edib, məsuliyyətlə yanaşmaq lazımdı. Bəlkə inad etməyəsiniz. Xaricdə müalicənin sizə müsbət təsiri olar. - Təbii ki, xəstəliyimi ciddiyə alıram. Qaldı müalicənin xaricdə daha çox effekt verəcəyinə, bəlkə də həqiqətən xaricə getsəm, daha böyük təsiri ola bilər. Amma neyləməli? Nə olacaqsa, olsun. İlk gündən demişəm ki, mən ancaq Azərbaycanda müalicə alacam. Xaricdən dərmanlar gətizdirirəm.

- Kifayət qədər ağır və müalicəsi bahalı olan xəstəlikdi. Dərmanlar üçün maddi imkanınız yetərincədi, ya kömək edənlər olur? - Bəli, bahalı müalicədir. Amma heç kimdən kömək almıram. Ancaq öz gücüm çatanı edirəm.

- Mətbuat sizin xəstəliyinizdən bu qədər yazır. Mədəniyyət və Turizm Nazirliyi yenə də reaksiyasız qalıb? - Mən sizə ötən dəfə açıqlamamda qeyd etmişdim. Mədəniyyət Nazirliyi deyilən bir anlayış mənim üçün artıq yoxdu. Çünki elə bir orqan tanımıram. Bizdə Mədəniyyət Nazirliyi yoxdu. Ancaq Turizm Nazirliyi var. Ummuram da onlardan.