Sumqayıtda 3 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı FOTO


Digərləri 05 May 2018 09:29:00 263 0

Sumqayıtda 3 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı  FOTO

Sumqayıt şəhərində 3 yaşlı uşaq ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə 10-cu mikrorayon, ev 1, mənzil 51-də qeydə alınıb.

Sumqayıt şəhər sakini, 2015-ci il təvəllüdlü Nəzərli Murad Elşən oğlu yaşadığı binanın 2-ci mərtəbəsindən yıxılıb. Azyaşlı ağır bədən xəsarətləri ilə dərhal şəhər xəstəxanasının zədə məntəqəsinə çatdırılıb.


Xəbərə aid fotolar