Keniyada daşqınlar: ölənlərin sayı 100ə çatıb


Dünya 05 May 2018 08:58:00 289 0

Keniyada daşqınlar: ölənlərin sayı 100ə çatıb

Keniyada  leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 100 nəfər ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsindən  (BQXK) bildiriblər.

Məlumata əsasən, təbii fəlakətlə əlaqədar 260 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. Martın sonundan etibarən ölkədə şiddətli yağıntılar səngimək bilmir.