Jan Koum Facebook'u tərk edir:


Digərləri 05 May 2018 08:35:00 268 0

Jan Koum Facebook'u tərk edir:

Məşhur WhatsApp messencerinin həmtəsisçisi və CEO-su Jan Koum, Facebook-dan ayrılacağını elan edib. O, daha da irəli getməli və bir qədər istirahət etməli olduğunu bildirib. 

"Bizim Brian ilə WhatsApp-ı yaratmağımızdan artıq demək olar ki, 10 il keçib. Bu, ən yaxşı insanlarla birgə inanılmaz macəra idi. Lakin mən artıq daha da irəli getməliyəm. Mənim bu cür inanılmaz kiçik komanda ilə çalışmağımda və bizim məqsədyönlülüyümüzün bütün dünya üzrə bu qədər insanın istifadə etdiyi messencerin yaratmasını izləməkdə bəxtim gətirdi. Mən o vaxtda gedirəm ki, WhatsApp mənim fərz etdiyimdən də böyük bir şeyə çevrilib. İnanılmaz dərəcədə güclü komanda təəccüb doğuracaq şeylər etməyə davam edəcək. İT sahədən kənarda mənim xoşuma gələn şeylərlə məşğul olmaq üçün mənə bir qədər vaxt lazım olacaq. Məsələn mən nadir Porsche modellərini yığacam, öz avtomobillərimlə məşğul olacam və s. Və mən yenə də WhatsApp-a heyran olacam. Lakin bu dəfə kənardan. Bu macəranı mümkün edən hər kəsə təşəkkürlər" - deyə Jan Koum bildirib

Son.az technote.az-a istinadən bildirir ki, Facebook şirkəti 2014-cü ildə Brian Acton və Jan Koum-dan WhatsApp-ı alandan sonra bu iki şəxs Facebook-a keçdilər. Brian Acton 2017-ci ildə Facebook-dan ayrıldı. Həmin vaxtdan o, Signal messencerinin yaradılmasına 50 milyon dollar investisiya yatırdı. 2018-ci ildə isə #DeleteFacebook kampaniyasına qoşularaq istifadəçi məlumatlarının sızdırılması səbəbilə hamını Facebook tətbiqini smartfonlardan silməyə çağırdı. Washington Post-un məlumatına əsasən Jan Koum Facebook-u və direktorlar şurasındakı yerini sosial şəbəkənin menecerləri ilə fikir ayrılığı səbəbilə tərk edir.